Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:24

Bakı-Supsa kəmərilə neftin nəqli bir ay müddətinə dayandırılıb


Belə bir hal bu ilin avqustunda «BP»nin Alyaskadakı neft kəmərlərində də yaranıb

Belə bir hal bu ilin avqustunda «BP»nin Alyaskadakı neft kəmərlərində də yaranıb

«bp-Azərbaycan» şirkəti Bakı–Supsa kəmərilə neft nəqlini müvəqqəti dayandırıb. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Tamam Bayatlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, hələ oktyabrın 21-də profilaktik tədbirlərin görülməsi üçün «Çıraq» platforması və onunla bağlı olan bütün sistemin və Bakı-Supsa neft kəmərinin fəaliyyəti 10 günlük dayandırılıb. Həmin müddət başa çatandan sonra «Çıraq» və «Səngəçal» terminallarında platormaya aid hissələr yenidən işə salınsa da, Bakı-Supsa neft kəmərinin Gürcüstan hissəsində, təxminən xəttin 100-150 kilometrliyində bəzi problemlər üzə çıxıb. Həmin problemlərin daha dəqiq öyrənilməsi üçün kəmərin yenidən işə salınması noyabrın sonuna qədər təxirə salınıb.

Xarici informasiya agentliklərinin məlumatlarına görə, belə bir hal bu ilin avqustunda «BP»nin Alyaskadakı neft kəmərlərində də yaranıb. O vaxt aparılan araşdırmalardan məlum olub ki, kəmərin bəzi hissələrində neft boruları güclü korroziyaya uğrayıb. Problem vaxtında aradan qaldırıldığından ətraf mühitə ziyan dəyməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG