Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

-

Mayın 29-da səhər saat 08:00-dan başlayaraq paytaxt Bakıda qadağan olunmuş xətt üzrə hərəkət edən avtomobillərin qeydiyyatına başlanılıb.

ANS-in məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib.

Onun dediyinə görə, bu saatlara qədər qayda pozan 500-dən çox sürücü barəsində protokol hazırlanıb. Qeydə alınan qayda pozuntuları sənədləşdirilir və sürücülərin ünvanlarına göndərilir. Sənədləri aldıqdan sonra sürücülər geci 5 gün ərzində cərimələri ödəməlidirlər:

«Qoyulan qanunlara əməl olunmalıdır. Bu zarafat deyil. Bütün sürücülər həm öz mədəniyyətlərini, həm də paytaxta gələn turistlərə Azərbaycanda yol hərəkəti mədəniyyətini nümayiş etdirəcəklər. Buna görə də, sürücülər həm artıq xərcə düşməmək, həm də yüksək mədəniyyət nümayiş etdirmək üçün qanuna əməl etməlidirlər».

Bir neçə gündür ki, paytaxt yollarında avtomobillərin hərəkət zolaqlarından biri «Baku-2015» yazısı ilə nişanlanıb və bu yoldan istifadə hüququ olmayan nəqliyyat vasitələrinin cərimələnəcəyi bildirilib.

Nişanla bağlı qadağa mayın 29-da qüvvəyə minib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG