Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:05

-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Rusiya prezidenti Vladimir Putin tərəfindən təltif edilib.

Interfax-Azərbaycan-ın verdiyi məlumata görə, şeyxülislam «Konfessiyalararası dialoq və sosial-mədəni əlaqələrin inkişafında xidmətlərə görə» fəxri fərmanla mükafatlandırılıb.

A.Paşazadəyə fərmanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin təqdim edib. O, A.Paşazadənin bu işdə töhfəsinin əvəzsiz olduğunu qeyd edib.

Öz növbəsində A.Paşazadə Azərbaycan və Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, Rus Pravoslav Kilsəsinin ilk xarici yeparxiyasının Azərbaycanda açıldığını xatırladıb.

«Bu gün ölkələrimiz arasında münasibətlər davamlı əsasda inkişaf edir. Bundan başqa, xalqlarımız arasında mənəvi əlaqələr mövcuddur», - deyə Şeyx bildirib.

«Qarabağ müharibəsi illərində biz patriarx Alexy ilə bu müharibənin dini zəminə keçməsinin qarşısını aldıq», - deyə QMİ sədri vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG