Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:23

Dövlət Baytarlıq Xidməti əhaliyə müraciət etdi


Növbəti monitorinq noyabrın 13-də keçiriləcək

Növbəti monitorinq noyabrın 13-də keçiriləcək

Respublika Baytarlıq Laboratoriyası bildirir ki, Cəlilabad rayonunun Təzəkənd kəndində ev quşları «quş qripi»ndən yox, kok mənşəli və kolibakterioz xəstəliklərdən tələf olub. Məlumatda o da deyilir ki, həmin xəstəliyin sözügedən virusla heç bir əlaqəsi yoxdur və insan həyatı üçün təhlükəli deyil.

Bununla belə, Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat üzrə sözçüsü Yolçu Xanvəli deyir ki, quşların tələf olduğu Təzəkənddə dezinfeksiya və maarifləndirmə işləri aparılıb. Eyni zamanda, DBX ölkə əhalisinə müraciət edib: «Heyvan və quşlarda xəstəlik hiss etdikdə yerli baytarlıq idarələrinə müraciət edin. Heyvan və quşlarda özbaşına peyvənd aparmayın».


İndiyədək aparılan monitorinqlər zamanı ev və köçəri quşlarda «quş qripi» virusunun aşkarlanmadığını bildirən DBX, köçəri quşların miqrasiyası ilə bağlı ayda iki dəfə monitorinq aparacaq. Növbəti monitorinq noyabrın 13-də keçiriləcək.


Dövlət Baytarlıq Xidməti köçəri və ev quşlarının ovlanmasına, satılmasına, «quş qripi» tapılan ölkələrdən quş və quş məhsullarının gətirilməsinə qoyulan qadağanı qüvvəsində saxlayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG