Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:03

-

Mayın 29-da «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyinin prezidenti, «Yüksəliş naminə» qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Elçin Məmməd saxlanılıb.

Bu barədə təşkilatın üzvü Elçin Həsənov AzadlıqRadiosuna bildirib. Onun dediyinə görə, Elçin Məmməd səhər tezdən aeroportda Belçikadan qayıdanda saxlanılıb:

«O, Strasburqa Avropa Şurası Parlament Assambleyasının işində iştirak etmək üçün aprelin 29-da getmişdi, sonra da başqa şəhərlərə səyahət etdi. Həmin vaxt mən də onunla birgə Strasburqa gedirdim, amma məni sərhəddən buraxmadılar, Elçin Məmmədi isə buraxdılar».

Elçin Həsənov deyir ki, ona Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açıldığı bildirilib: «Guya kimisə döymüşəm».

Ancaq Elçin Məmmədə onun hansı səbəbdən saxlanıldığı barədə məlumat verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG