Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

-

Mayın 29-da Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu bir-birinə çırpılıb. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Komsomolski" dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, "Daewoo" markalı avtobusla "Hyundai" markalı avtobus toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda 4 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya uğrayan "Hyundai" markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG