Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

İraq hakimiyyəti ötən il Tikrit şəhəri ətrafında İslam Dövləti yaraqlıları tərəfindən öldürülmüş 470 nəfərin qalıqlarını araşdırıb.

Bağdad morqunun baş həkimi Ziad al-Abbas mayın 28-də bildirib ki, 4 kütləvi məzarlıq açılıb və onlardan birində 400 meyit aşkar edilib.

Səhiyyə naziri Adila Hammoud bildirib ki, artıq gələn həftə şəxsiyyətləri müəyyən edilmiş insanların adları açıqlanacaq.

Yaraqlılar ötən Tikrit ətrafında 1700 əsgəri əsir götürmüşdi ki, onların əksəriyyəti şiələr idi.

Tikrit Bağdadın 140 kilometrliyində yerləşir.

Yaraqlılar həmin vaxt sosial şəbəkələrdə onların foto və videolarını yaymışdı.

İraqın hökumət qoşunları Tikriti təxminən 2 ay bundan əvvəl geri alıb.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG