Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Azərbaycanın əsas ticarət tərəfdaşı kimdir: Avropa, yoxsa Rusiya?


Rusiya və Avropa Birliyi bayraqları

Rusiya və Avropa Birliyi bayraqları

-

İtaliya və Almaniya Azərbaycanın xarici ticarətdə əməkdaşlıq etdiyi ölkələr sırasındakı cədvəldə ilk yerləri tutur.Ötən il və bu ilin ilk dörd ayında bu ölkələr liderliyi əldən verməyib.

Gömrük Komitəsinin statistik məlumatlarına görə, son illərdə Azərbaycanın idxal-ixracında əsas tərəfdaş ölkələr Avropa Birliyi üzvləri və ABŞ olub.

Rəqəmlərin köməyi ilə Azərbaycanın idxal-ixracında rol oynayan məhsullara baxaq.

Ötən il Azərbaycan 150 ölkə ilə 31 milyard dollarlıq alver edib. Düzdür, 2013-cü ilə nisbətən ticarət dövriyyəsi təxminən 10 faiz azalıb, ancaq tərəfdaşların tərkibində xüsusi dəyişiklik müşahidə edilməyib.

İXRACIN 90 FAİZİNİ NEFT VƏ NEFT MƏHSULLARI TUTUR

Azərbaycanın ixracında 84 faizi xam neft, 6 faizi neft məhsulları tutur, bu isə dolayısı ilə ölkə ixracının 90 faizinin neftə söykəndiyini göstərir. Cəmi 2 faizə yaxını təbii qaz olan ixracda şəkər, spirtli içkilərin də payı cüzidir.

Ötən il idxalın 28 faizini maşın, avadanlıqlar və elektrik aparatları, 12 faizini yeyinti məhsulları, 9 faizini nəqliyyat vasitələri və onların hissələri tutub.

Tütün və tütün məmulatları, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, mebel və s. məhsullar da Azərbaycana kənardan gətirilir.

BƏS AZƏRBAYCANIN ƏSAS TƏRƏFDAŞ ÖLKƏLƏRİ HANSILARDIR?

Yuxarıda İtaliya və Almaniyanın adını çəkdik. Gömrük Komitəsinin hazırladığı cədvəldə (2014-cü il üzrə) ixracda ilk onluğa İtaliya (22 faiz), idxalda isə Rusiya (14 faiz) liderlik edir. İxrac onluğunda, ümumiyyətlə, Rusiyadan (10-cu) başqa Avrasiya İttifaqına üzv ölkə yoxdur. Rusiya idxal onluğuna liderlik etsə də, Avropa Birliyi ölkələri və ABŞ-ın cəmi payı Rusiyanınkından iki dəfə çoxdur.

2013-cü ildə Azərbaycan Rusiyaya 1 milyard dollarlıq mal göndərsə də, 2014-cü ildə bu rəqəm 640 milyon dollar olub və ölkənin ümumi ixracatında payı 2.93 faizə düşüb.

Qazaxıstanla ticarət əlaqəsi aşağı düşüb - 2013-cü ildə ixrac 64 milyon dollar idisə, 2014-cü ildə bu rəqəm 29 milyon dollara enib. Tacikistan, Türkmənistan, Qırğızıstana ixrac milyon dollarla ölçülsə də, ümumi ixracatda bu ölkələrin payı 1 faizə belə çatmır.

Bir sözlə, 2014-cü ildə MDB ölkələri üzrə Azərbaycanın cəmi ixracatının həcmi heç 1 milyarda çatmayıb, 838 milyon dollar olub. Avropa Birliyi ölkələrinə isə ötən il 11 milyard 500 milyon dollarlıq mal göndərilib. Ən çox İtaliya (4 milyard dollardan artıq) Almaniya (2 milyard dollara yaxın) və Fransaya (1 milyard dollardan artıq) mal ixrac edilib.

İdxal statistikasında 2 milyard dollar, ya da ümumi idxalın 22 faizi MDB ölkələrinin payına düşür. Azərbaycan Rusiya üçün pis bazar sayıla bilməz, çünki 1 milyard dollardan artıq mal gətirilib. AB ölkələrindən isə 3 milyard dollardan artıq mal idxal olunub. Azərbaycan son illər idxal çevrəsini İndoneziya, ərəb və Asiya ölkələri hesabına genişləndirib: Artıq idxalın 4 milyard dolları bu ölkələrin payına düşür.

BU İLİN İLK RÜBÜNDƏ VƏZİYYƏT NECƏ DƏYİŞİB?

Bu ilin ilk dörd ayı ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 7 milyard 600 milyon dollardan çox olub.

Yenə də ölkənin əsas ticarət tərəfdaşı AB ölkələridir. Bu ölkələrlə 3 milyard 500 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. MDB ölkələri ilə cəmi 858 milyonluq dollarlıq alver olub. Rusiyanın payı ixracda 103 milyon, idxaldakı payı isə 545 milyon dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG