Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

İranın xarici işlər naziri Mohammad Javad Zarif Tehranla Aparıcı 6 dünya ölkəsinin müvafiq vaxtda yekun nüvə sazişi imzalayacaqlarına ümidlə yanaşdığını deyir.

O mayın 28-də Afinada bildirib ki, əgər digər tərəf qarşılıqlı hörmət əsasında razılığa gəlməyə səy göstərsə və buna hazır olsa onda istənilən vaxt bizi qane edə bilər.

İranla danışıqlarda ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya iştirak edir.

Tərəflər aprelin 2-də İsveçrədə çərçivə sazişi imzalayıb, iyunun sonunda isə yekun sənəd imzalamaq razılığına gəliblər.

Söhbət İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG