Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

-

"Heç yerə qeydiyyatımız yoxdur. 9 il əvvəl evi satdıq, qeydiyyatdan da çıxdıq. Təzə binaya köçdük, ancaq 9 ildir ki, qeydiyyata düşə bilmirik. 9 ildir ki, havadayıq... Ölkənin vətəndaşı olasan, bir it damında da qydiyyatın olmaya..."

Xətai rayonu ərazisindəki yeni tikililərdən birində yaşayan Məqsəd Hüseynov aldığı mənzilə qeydiyyata düşmək üçün illərdir ki, Xətai rayon pasport qeydiyyatı idarəsinə gedib gəlir. Deyir o və ailəsinin digər 6 üzvü yaşayış qeydiyyatına düşə bilmir.

"DEYİRLƏR, YENİ TİKİLİDİR, QEYDİYYATI YOXDUR"

"Səbəb gətirirlər ki, bina yeni tikilidir, qeydiyyatı yoxdur. Belədirsə, qonşularım həmin binaya necə qeydiyyata düşüblər? Mən rüşvət vermirəm deyə, məni evimə qeydiyyata almırlar. 6 ildir ki, bu dövlət məni qeydiyyata almır. Bəlkə bir cinayət törətdim, bəlkə sabah müharibə başladı, bizi necə arayıb tapacaqlar? Qeydiyyatımız olmadığına görə seçkilərdən də kənarda qalmışıq. Heç şəxsiyyət vəsiqəmizi də dəyişə bilmirik".

Ancaq özünü havada hiss edən təkcə Hüseynovlar ailəsi deyil. Yeni Yasamaldakı yeni tikililərdən birində mənzil alan Elməddin Kərimov da "Qaynar xətt"ə eyni problemlə bağlı şikayət edib. Elməddin Kərimov 6 ildir ki, iki övladı və həyat yoldaşı ilə yeni mənzilə qeydiyyata düşə bilmir:

"6 ildir "Qloriya" şirkətinin yarımçıq təhvil verdiyi binada yaşadığımız qaz, işıq problemi, bu başqa bir söhbətin mövzusudur. Ən böyük problem qeydiyyatsız yaşamağımızdır. Heç bir ünvana yaşayış qeydiyyatımız yoxdur deyə, bütün hüquqlardan məhrumuq. uşaqları məktəbə dava-dalaşla düzəltmişik, götürmürdülər. Bankdan kredit götürə bilmirik, seçkidə iştirak edə bilmirik, səslərimiz kimə gedir, bir Allah bilir, bir nə özləri. Dururuq bir sənəd düzəltməyə, qeydiyyatsız olduğumuza görə əziyyət çəkirik. Belə yaşayış olar?"

HÜQUQŞÜNAS ÇIXIŞ YOLU GÖRÜR

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilibsə, vətəndaşın aldığı evə qeydiyyata düşməsində problem ola bilməz. Bunun üçün vətəndaş yalnız rüsum ödəməlidir. Rayon üzrə pasport-qeydiyyat idarəsi vətəndaşa problem yaradırsa, o, mənzilin sənədləri ilə birlikdə birbaşa idarəyə müraciət etsin. Bundan başqa, vətəndaş faktiki yaşadığı ərazi üzrə polis idarəsinin yerləşdiyi ünvana da qeydiyyata düşə bilər.

Hüquqşünas Fuad Hüseynov deyir ki, hər iki vətəndaşın mənzilə orderi varsa, bu, artıq o deməkdir ki, bina Bakı şəhər İcra Hakimiyyətinin xüsusi komissiyası tərəfindən qəbul edilib. Hüquqşünas şikayətçilərə qeydiyyata götürülməkdən imtinaların qarşısını alan hüquqi yollar təklif edir:

"Orderi varsa, deməli mənzilinin ünvanı var. Şifahi müraciət etsə, o vətəndaşa ömrünün sonuna qədər min bir bəhanə gətirib onu qeydiyyata almayacaqlar. Yaxşı olar ki,vətəndaşlar pasport və qeydiyyat şöbəsinə sənədlərini və qeydiyyata alınmaq barədə ərizəsini şöbəyə poçt vasitəsilə göndərsinlər. Bu zaman onlara mütləq ya müsbət, ya da mənfi cavab veriləcək. İkinci halda o, məmurun hərəkətindən inzibati məhkəməyə müraciət etməklə mənzilə məhkəmə yolu ilə düşə bilər".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG