Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Fransa və Britaniya rəsmiləri FİFA-ya seçkini təxirə salmağa çağırıblar


Philip Hammond

Philip Hammond

Fransa və Böyük Britaniyanın xarici işlər nazirlikləri FİFA-nı kəskin tənqid edib və mayın 29-da təşkilata keçiriləcək prezident seçkisini ləğv etməyə çağırıblar.

Fransanın xarici işlər naziri Laurent Fabius mayın 28-də bildirib ki, FİFA üzvlərinin həbsindən sonra əsasən təşkilatın hazırkı prezidenti Sepp Blatter və İordaniya karalı Ali bin Hussein arasında gözlənilən bu seçki ləğv etməyə əsas verir.

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond isə BBC-ə müsahibəsində bildirib ki, FİFA-da islahatlar aparılmalıdır.

Həmçinin UEFA bundan əvvəl Sepp Blatterə səslənən istefalar fonunda seçkini 6 ay təxirə salmağa çağırıb.

Blatter Sürixdə FİFA rəhbərlərinin təcili iclasını çağırıb. Hələlik görüş barədə ətraflı məlumat verilmir.

Blatter mayın 28-də Sürixdə Təşkilatın qurultayını açmalıdır. Amma UEFA qurultayı boykotla hədələyib.

Mayın 27-də İsveçrədə 7 FİFA rəsmisi həbs olunub.

Onlar rüşvət, pulyuma və fırıldaqçılıqda şübhəli bilinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG