Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

Azərbaycanlı yazıçının romanı İranda çap edildi


Yazıçı Vaqif Sultanlının «İnsan dənizi» romanı İranın Zəncan şəhərində çap edilib.

Bu, romanın İranda ikinci nəşridir.

İlk dəfə 2014-cü ildə Tehranda çap edilib.

Nikan kitab» nəşriyyatında çap edilən romanı fars dilinə Böyük Mollayi çevirib.

Roman oxuculara «İzdihamda tənhalıq» («Tənhayi dər izdiham») adı ilə təqdim olunub.

Hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG