Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:22

Azərbaycan Respublika Gününü qeyd edir [Video/Foto]

1918-ci il mayın 28-də Tbilisidə Azərbaycanın müstəqilliyini elan edildi. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bəyan etdi.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini vurmaqla bloqu
«vərəqləmək» olar.

14:08 28.5.2015

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-cı ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyəti fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər. Həmin ziyarətləri internet saytımızda canlı yaymışıq. Həmin yayımların videoyazısına baxın:

Müsavatın mitinqi

Bağışlayın, hazırda bu bölmə işləmir.

Milli Şuranın mitinqi

Bağışlayın, hazırda bu bölmə işləmir.

14:08 28.5.2015
Milli Şuranın Novxanıda mitinqindən görüntü
Milli Şuranın Novxanıda mitinqindən görüntü


Əli Kərimli: «Acgöz hakimiyyət Rəsulzadə təvazökarlığını necə anlaya bilər?»

AXCP lideri Əli Kərimli çıxışında cümhuriyyət qurucularına lazımi dəyərin verilməməsindən danışıb:

«Qurucu babalarımız çox haqsızlığa məruz qalıb, onları yaddaşlardan silmək istəyiblər. Bu gün də onlara qarşı ögey və qısqanc münasibət davam edir. Onların haqqı dövlət səviyyəsində tanınmır. Bu bizi incidir.

Amma burada təəccüblü heç nə yoxdur. Hazırki acgöz hakimiyyət Rəsulzadə təvazökarlığını necə anlaya bilər? Monarxiya qurmaq istəyənlər 1918-ci ildə dünyanın yalnız 25 millətinin cümhuriyyət qurduğu zamanda milləti həmin 25-lərin arasına gətirmiş insanları, bunu 97 il öncə etmiş dahiləri insanları necə anlaya bilər?

Bu qədər müddət ərzində Azərbaycanda cümhuriyyət ideyaları hələ də diri qalır. Çünki bu, təkcə şanlı tariximiz deyil, həm də getdiyimiz yol, hədəfimizdir. Cümhuriyyət ideyaları bizi vaz keçməməyə, indiki vəziyyətlə barışmamağa çağırır. İndi sıra bizimdir. Cümhuriyyət prinsiplərini qurucu babalarımızın istədiyi kimi bərpa etməliyik.

Əminəm ki, indi yaşadıqlarımız keçici, qısa dövr kimi tarixdə qalacaq. Atalar üçdən deyib. Sizı əmin edirəm ki, üçüncü dəfə cümhuriyyəti quracağıq və o, davamlı olacaq».

13:47 28.5.2015
Milli Şuranın aksiyasından görüntü
Milli Şuranın aksiyasından görüntü

Cəmil Həsənli: «Bu milləti yaşatmaq bugünkü gəncliyin borcudur»

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar Demokratik Qüvvələrin Milli Şurası da Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.

Şuranın sədri Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, yaradıcılarından danışıb:

«Cümhuriyyəti yaradanlar təkcə mallarını yox, canlarını da millət yolunda fəda ediblər. Biz Rəsulzadə haqqında ilk həqiqətləri Əbülfəz Elçibəydən eşitmişik. O, sovet qadağalarına baxmayaraq, Rəsulzadənin gördüyü işlər barədə gizli otaqlarda yox, auditoriyalarda çıxışlar edirdi. O, həmin dövrün gənclərində dövlətçilik, cümhuriyyətçilik formalaşdırıb. 20 ildən artıqdır torpaqlarımız işğal altındadır. 20 ildir ki, bu qədər sərvətə, imkanlara baxmayaraq, Şuşa üçrəngli bayrağa həsrətdir. Amma cümhuriyyətçi babalarımız çox kiçik imkanlarla bunlara nail olmuşdu».

«Cümhuriyyətçilər dağınıq toplumdan millət yatardılar. Bu milləti yaşatmaq bugünkü gəncliyin borcudur».

13:35 28.5.2015
Müsavat Partiyasının Novxanıda mitinqi
Müsavat Partiyasının Novxanıda mitinqi

Arif Hacılı: «İlk dəfə olaraq əfv sərəncamı imzalanmadı»

Müsavat Partiyasının başqanı Arif Hacılı Cümhuriyyət Gününün ölkədə layiqincə qeyd olunmamasından danışıb:

«Hakimiyyət Məhəmməd Əmin Rəsulzadəyə, onun yaratdığı partiyaya, xalq cümhuriyyətinə, bu şərəfli tarixə qısqanclıqla yanaşır. Bu gün burada olmağa, söz deməyə layiqli olan insanlar həbsxanadadırlar. Onlar Azərbaycan üçün mücadilə apardıqlarına görə həbsxanada əziyyət çəkirlər».

Arif Hacılı çıxışında bu il 28 May münasibətilə əfv sərəncamının imzalanmamasına da diqqət çəkib:

«Azərbaycanın son illər tarixində ilk dəfə bu il istiqlaliyyət bayramı ilə əlaqədar əfv sərəncamı imzalanmadı. Bu da Azərbaycan cəmiyyətinə bir növ meydan oxumaqdır, Azərbaycan müxalifəti ilə hesablaşmamaqdır, say-seçmə vətəndaşları həbsxanada saxlamaqdır, istiqlaliyyətə hörmətsizlikdir».

Arif Hacılı deyir ki, bəzi üzvlərin Müsavatdan kənarlaşdırılması, bəzilərinin isə könüllü istefasına baxmayaraq, partiya öz gücünü qoruyub saxlayıb və noyabr ayında tam gücü ilə parlament seçkilərinə gedəcək.

Davamı

XS
SM
MD
LG