Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:06

-

«Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir».

Bu fikri İlham Əliyev səsləndirib. Ölkə başçısı mayın 27-də «Buta» sarayında Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib.

Prezident bildirib ki, Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bildirib ki, dövlətin güclü iqtisadi dayaqları var.

«XALQIN MARAQLARI HƏR ŞEYDƏN ÜSTÜNDÜR»

İlham Əliyev müsbət istiqamətdə inkişafdan danışıb:

«Ölkəmizdə bütün işlər müsbət istiqamətdə inkişaf edir. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi və maliyyə böhranı, - bu böhran bütün dünyanı bürümüşdü, - Azərbaycana çox az təsir etmişdir. Hazırda yenə də dünyada yaşanan siyasi, hərbi və iqtisadi böhran Azərbaycana təsir etmir. Ona görə ki, biz düşünülmüş siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Milli maraqlar, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Biz öz gələcəyimizi bunda görürük. Müstəqil siyasətin aparılması həm ölkədəki vəziyyəti daha da sabitləşdirir, eyni zamanda, dünya miqyasında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün çəkisi var və bizim rolumuz həm regionda, həm qitədə, həm də dünyada artmaqdadır».

«DEMOKRATİYANIN İNKİŞAFI DAHA DA SÜRƏTLƏ GEDƏCƏK»

Ölkə başçısı gələcək planları sadalayaraq ölkədə bütün azadlıqların təmin olunacağını da vurğulayıb:

«Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır. Daxili siyasətlə bağlı bizim çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək. Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun».

Ilham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Dağlıq Qarabağ mövzusuna da toxunan ölkə başçısı münaqişənin ərazi bütövlüyü çərçivəsində həllindən danışıb:

«Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG