Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:54

ABŞ-ın İran danışıqlarında təmsilçisi vəzifədən gedir


Wendy Sherman (solda) nüvə danışıqlarında, arxiv fotosu

Wendy Sherman (solda) nüvə danışıqlarında, arxiv fotosu

Dövlət Departamenti rəsmiləri mayın 27-də bildiriblər ki, Dövlət katibinin köməkçisi Wendy Sherman İranla altı dövlətin nüvə danışıqları bitən kimi vəzifədən gedəcək

-

Obama administrasiyasının nüvə danışıqlarında əsas təmsilçisi bu yay vəzifədən gedir.

Dövlət Departamenti rəsmiləri mayın 27-də bildiriblər ki, Dövlət katibinin köməkçisi Wendy Sherman İranla altı dövlətin nüvə danışıqları bitən kimi vəzifədən gedəcək. Sazişin əldə olunması üçün iyunun 30-u son tarix qoyulub.

Sherman son iki ildə Avropada İran rəsmiləri ilə texniki müzakirələrin böyük hissəsini aparıb. Onun vəzifədə olduğu müddətdə Birləşmiş Ştatlarla İran 2013-cü ilin noyabrında aralıq sazişi, apreldə çərçivə sazişi əldə ediblər.

ABŞ Dövlət katibi John Kerry mayın 30-da iranlı həmkarı ilə görüşəcək. O, Sherman-ı komandasının “əsas” üzvü adlandırıb.

XS
SM
MD
LG