Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Serbiya və Albaniya baş nazirləri daha yaxşı münasibətlərdən danışır


Edi Rama (sağda) Aleksandar Vucic ilə mətbuat konfransında

Edi Rama (sağda) Aleksandar Vucic ilə mətbuat konfransında

-

Serbiya və Albaniyanın baş nazirləri Tiranada görüşüb və münasibətlərin yaxşılaşdırılması üçün əməkdaşlıq vəd edib.

“Hökumətlərimiz gələcəyə baxır və bizim üçün gələcək – Albaniya ilə yaxşı münasibətlər deməkdir,” Serbiya baş naziri Aleksandar Vucic deyib.

Albaniya baş naziri Edi Rama isə bildirib ki, ölkəsinin və Serbiyanın “regiona sülhü qaytarmaq və birgəyaşama nail olmaq olaq üçün tarixi fürsəti” var. Hər iki ölkə AB üzvlüyü üçün müraciət edib.

Vucic və Rama Kosovo ilə bağlı fikir ayrılıqlıqlarını etiraf edib, ancaq israrla bildiriblər ki, münasibətlər birgə layihələr vasitəsilə təkmilləşə bilər. Bu layihələrə AB-nin maliyyəsi ilə iki ölkəni birləşdirən magistral yol da daxildir.

Vucic Albaniyaya səfər edən ilk hökumət və ya dövlət başçısıdır. Ötən noyabrda Rama Serbiyaya getmişdi.

2008-ci ildə Serbiyanın keçmiş vilayəti olan Kosovonun etnik albanları müstəqillik elan edib. Serbiya bu müstəqilliyi tanımır. Serbiya və Albaniyanın münasibətləri isə bu üzdən gərgin olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG