Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

“FIFA 2010-cu il çempionatı üçün rüşvət alıb”


Rossia-24 FIFA barədə

Rossia-24 FIFA barədə

ABŞ rəsmiləri bildirir ki, FIFA rəhbərliyi 2010-cu il dünya çempionatının Cənubi Afrikada keçirilməsi üçün rüşvət alıb

-

ABŞ rəsmiləri bildirir ki, FIFA rəhbərliyi 2010-cu il dünya çempionatının Cənubi Afrikada keçirilməsi üçün rüşvət alıb. Baş Prokuror Loretta Lynch mayın 27-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında təhqiqatın bəzi detallarını açıqlayıb.

Onun sözlərinə görə, FIFA-nın 2011-ci il prezident seçkisi və 2016 Copa Amerika turniri ilə bağlı da rüşvət ittihamı var.

Mayın 27-də İsveçrədə yeddi futbol rəsmisi həbs olunub. Birləşmiş Ştatlar onlar da daxil olmaqla 14 nəfəri korrupsiyada ittiham edir.

İsveçrədə həmin şəxslərə qarşı səlahiyyətdən sui-istifadə və pulyuma ittihamları ilə cinayət işi başlanıb. 2018 və 2022-ci illər dünya çempionatlarının Rusiya və Qətərdə keçirilməsi üçün rüşvət alınması kimi ittihamlar mövcuddur.

“Hər şeyi göstərməyə hazırıq,” Rusiyanın İdman naziri Vitaly Mutko The Associated Press agentliyinə deyib. “Biz həmişə qanun çərçivəsində hərəkət etmişik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG