Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:25

Serbiyanın baş naziri Vucic Albaniyaya səfərə gedib


Edi Rama və Aleksandar Vucic

Edi Rama və Aleksandar Vucic

Serbiyanın baş naziri Aleksandar Vucic mayın 27-də Albaniyaya səfərə gedib.

O Albaniyaya səfər edən ilk Serbiya lideridir.

Vucici albaniyalı həmkarı Edi Rama qarşılayıb.

Edi Rama isə Serbiyaya 2014-cü ilin noyabrında səfər edib və 68 il ərzindəbu ölkəyə səfər edən ilk Albaniya lideri olub.

Vucic Edi Rama və prezident Ilir Meta ilə görüşdən sonra mayın 28-də regional iqtisadi formda çıxış edəcək.

Hər iki ölkə Avropa Birliyinə üzvlüklə bağlı ərizə təqdim edib.

Albaniya həm də NATO-nun üzvüdür.

Serbiyanın keçmiş əyaləti olan Kosovo 2008-ci ildə müstəqilliyini bəyan etdikdən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG