Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Fransa diplomatı: İyunun sonunadək İran nüvə sazişi “heç mümkün görünmür”


Tehranda əhali apreldə əldə olunmuş ilkin razılaşmanı qeyd edir (arxiv fotosu)

Tehranda əhali apreldə əldə olunmuş ilkin razılaşmanı qeyd edir (arxiv fotosu)

-

Fransanın Birləşmiş Ştatlarda səfiri deyir ki, dünya gücləri ilə İran iyunun sonunadək yekun nüvə sazişini güman ki, əldə edə bilməyəcəklər.

Mayın 26-da Vaşinqtonda Atlantik Şurasında çıxış edən Gerard Araud deyib ki, gələn beş həftə ərzində sazişin əldə olunmayacağı “çox real görünür”.

Onun sözlərinə görə, xeyli texniki iş qalıb. Birləşmiş Ştatlar və Rusiya da vacib bir məsələdə kompromis əldə etməlidir – BMT-nin Təhlükəsizlik Şurasında İran sazişi pozarsa, sanksiyaların yenidən qoyulması üzrə səsvermə keçirilməsinə icazə verilməlidir.

Almaniyanın ABŞ-da səfiri Peter Wittig deyib ki, İrana sanksiyaların yumşaldılması ən yaxşı halda bu ilin sonundan tez baş verməyəcək.

İranla dünyanın altı güc dövləti nüvə danışıqları aparır. Məqsəd Tehranın nüvə fəaliyyətini məhdudlaşdırılacağı halda İrana sanksiyaların qaldırılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG