Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

ABŞ “Washington Post” müxbirinin məhkəməsində “şəffaflığın olmamasını” tənqid edir


Jason Rezaian həyat yoldaşı Yeganeh Salehi ilə, arxiv fotosu

Jason Rezaian həyat yoldaşı Yeganeh Salehi ilə, arxiv fotosu

-

Birləşmiş Ştatlar “Washington Post” qəzetinin müxbiri Jason Rezaian-ın məhkəməsində “şəffaflığın tamamilə olmamasını” tənqid edib. Rezaian 10 aydır “casusluq” ittihamıyla saxlanıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan mayın 26-da danışıb. Həmin gün Rezaian-ın Tehranda qapalı məhkəməsi başlanıb.

“Bu məhkəmənin açıq olmasına çağırırıq, eyni zamanda fikrimizdə qalırıq ki, Jason heç vaxt həbs edilməməli və məhkəmə qarşısına çıxarılmamalıydı,” Meehan deyib.

ABŞ-İran vətəndaşı olan Rezaian-ın təqsiri sübuta yetirilsə, 20 ilədək azadlıqdan məhrum edilə bilər.

“Washington Post”un Tehran bürosunun rəhbəri iyuldan Evin həbsxanasında saxlanıb. Həyat yoldaşı Yeganeh Salehi də jurnalistdir, ona da oxşar ittihamlar irəli sürülüb, ancaq girov müqabilində azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG