Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

-

Kabilin diplomatik ərazisində qonaq evinə silahlılar hücum edib. Bütün gecəni davam edən atışma mayın 27-də sübh çağı bitib, 4 hücumçu öldürülüb. Məlumatı Əfqanıstan hökumətinin naziri yayıb.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb, bunu “işğalçılara” qarşı həyata keçirdiyini deyib.

Daxili işlər nazirinin müavini Mohammad Ayoub Salangi tvitterdə elan edib ki, polislə bir neçə saatlıq toqquşmada dörd hücumçu öldürülüb. Dinc sakinlər və ya hərbçilərdən ölən olmayıb.

Rəsmilər qonaq evinin adını çəkməyiblər. Əfqan və Qərb təhlükəsizlik mənbələri isə hücumun Rabbani qonaq evində baş verdiyini bildirib. Bu otel Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbani və indiki xarici işlər naziri Salahuddin Rabbani-nin ailəsinə məxsusdur. Heetal oteli xaricilər arasında məşhurdur.

Son həftələr Əfqanıstan paytaxtında xaricilərə və hökumət hədəflərinə hücumlar artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG