Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:47

Avstriya məhkəməsi 14 yaşlı türkü terrora cəhddə təqsirli bildi


Avstriyada 14 yaşlı türkiyəli oğlan Vyana dəmir yolu vağzalının partladılması planı da daxil olmaqla terror əməllərinə hazırlığa görə məhkum edilib.

Avstriyada 14 yaşlı türkiyəli oğlan Vyana dəmir yolu vağzalının partladılması planı da daxil olmaqla terror əməllərinə hazırlığa görə məhkum edilib.

Məhkəmə onun üçün kəsilən həbs cəzasının 16 ayını ixtisar edərək 8 ayını saxlayıb.

Türkiyədə doğulan yeniyetmə Avstriyada 2007-ci ildən yaşayır və ötən oktyabr ayında həbs edilmişdi.

Prokurorlar deyirlər ki, o, Suriyada “cihada qoşulmaq” məqsədilə İslam Dövləti qrupu və əl-Qaeda təşkilatı ilə əlaqə yaradıb.

Avstriya “səfərbərləri”

Yeniyetməni 5 ilədək həbsxana cəzası gözləyirdi və prokurorluq bu barədə qərarı yaxın vaxtlarda müzakirə edəcək.

Avstriya bir sıra başqa Avropa ölkələri kimi yeniyetmələrin İD tərəfindən səfərbərliyə alınmasına qarşı mübarizə aparır.

Çərşənbə axşamı başqa bir 16 yaşlı yeniyetmə qıza qarşı İD-i dəstəkləmək ittihamı ilə cinayət işi açılmalı idi.

Sözügedən türkiyəli oğlanın bu yaxınlarda 15 yaşı tamam olacaq.

Westbahnhof vağzalı

Müstəntiqlər onun partladıcı qurğular hazırlamaq məqsədilə terroçu qruplardan təlimtlar aldığını aşkar ediblər.

14 yaşlının vəkili Rudolf Mayer müxbirlərə bildirib ki, onun müştərisi təqsirini etiraf edir.

Avstriya mediası xəbər verir ki, yeniyetmənin anası oğlunun islamçı təbliğata uymasının qarşısını almağa çalışıb və onu Almaniyadakı dayısının yanına göndərib.

Lakin o, ötən oktyabrda Vyananın Westbahnhof vağzalı kimi yerlərdə partlayış törətmək üçün lazımi bomba hissələrini almağa cəhd edərkən həbs edilib.

Peşmançılıq çəkmir

Onu əvvəlcə zaminə buraxsalar da, yeniyetmə zamin şərtlərini pozub və azadlıqda olduğu müddətdə daha bir 12 yaşlını səfərbər etməyə çalışıb.

Əslən türk ələvi ailəsindən olan uşaq valideynləri boşandıqdan sonra anası ilə yaşayır.

Prokurorluq bildirir ki, yeniyetmə əməlləri üçün heç bir peşmançılıq nümayiş etdirməyib.

Lakin vəkil deyir ki, 14 yaşlı nəhayət təbliğat qurbanı olduğunu dərk edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG