Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Vəkil Müzəffər Baxış Ədliyyə naziri Firkət Məmmədovu debata çağırır. Deyir ki, onlara suallar verilsin, kimin hüququ, hüququn tətbiqini daha dərindən bildiyi müəyyənləşsin

-

Vəkil Müzəffər Baxış Ədliyyə naziri Firkət Məmmədovu debata çağırır. Deyir ki, onlara hüququn tətbiqinə dair suallar verilsin, kimin hüququ, hüququn tətbiqini daha dərindən bildiyi müəyyənləşsin.

Müzəffər Baxış bu fikrə ona görə düşüb ki, iki dəfə hakimliyə namizədliklə bağlı imtahanlara qatılıb. Amma heç birində sonuncu – şifahi mərhələdən keçə bilməyib. Hərçənd, yüzlərlə iştirakçının qatıldığı müsabiqənin 1-ci mərhələsində 86 balla 4-cü, 2-ci mərhələdə isə birinci yeri tutub. Amma şifahi mərhələdən keçə bilməyib:

“Test mərhələsinin 1 və 2-ciI mərhələsində obyektiv və şəffaf imtahanlar keçirilir. Kərbəla müsibəti axırıncı – Hakimlərin Seçki Komitəsinin keçirdiyi şifahi imtahanlarda başlayır. Sualları necə cavablamağından asılı olmayaraq, istəmədikləri adamın hakimliyə namizədliyi qəbul olunmur. Çünki bilirlər ki, müstəqil, savadlı şəxs hakim seçilərsə, ona gələcəkdə hər hansı sifarişi icra etdirə bilməyəcəklər”.

Müzəffər Baxışın fikrincə, Azərbaycanda məhkəmə hüquq sisteminin göstəricisi elə hakimliyə seçim mərhələsindən başlayır.

2600 HÜQUQŞÜNASDAN 307 NƏFƏRİ HAKİM ADI ALA BİLİB…

Azərbaycanda hakimlərin test yolu ilə seçimi ilk dəfə 2000-ci ildə başlanıb. 2005-ci ildən bu seçimləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Hakimlərin Seçki Komitəsi ilə birgə keçirir.

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, “Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), Avropa İttifaqının və digər beynəlxalq qurumların Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirməsi böyük uğurdur.

“Azərbaycan” qəzetinin məlumatına görə, o bu sözləri Azərbaycanda məhkəmə-hüquq Şurasının yaradılmasının 10 illiyi ilə bağlı mayın 26-da keçirilən tədbirdə söyləyib. Nazir bildirib ki, Azərbaycanda yeni qaydada keçirilən müsabiqəyə qatılan 2 min 600-dən çox hüquqşünasdan 307 nəfəri hakim vəzifəsinə təyin edilib:

“Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir”.

“GƏNC HÜQUQŞÜNASLARA İMKANLAR YARADILIR”

Fikrət Məmmədov korrupsiya ilə mübarizədən də danışıb. Nazir bildirib ki, prezident İlham Əliyevin korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzindədir. Hətta, Məhkəmə-Hüquq Şurasının tərkibində Korrupsiyaya qarşı mübarizə sektoru yaradılıb. Nazir ötən 10 ildə Məhkəmə-Hüquq Şurasının hakimlərlə bağlı 192 intizam icraatı başlanıldığını bildirib:

“Kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib”.

“BUNLAR HAMISI İMİTASİYADIR…”

Azərbaycanda istər mülki, istər cinayət işləri ilə bağlı məhkəmə qərarları mübahisə predimetidir. Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin əksəriyyəti dövlət ehtiyacı adı altında evlərin sökülməsi, siyasi fəaliyyətinə görə, qanunsuz həbslər və digər iddiallarla bağlıdır.

Elə Avropa Məhkəməsinə göndərilən əksər şikayətlərin müəllifi – Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev də həbsdədir. Beynəlxaql və yerli ictimaiyyət İntiqam Əliyevin həbsini siyasi sifariş sayır.

Azərbaycan, Rusiya, Ermənistan kimi ölkələr üzərlərinə öhdəliklər götürsələr də, yaxşı halda onları imitasiya edirlər.

Həbsindən bir neçə ay öncə İntiqam Əliyevin gözətçi.az saytında “Məhkəmələr, hüquq-mühafizə orqanları korrupsiya girdabındadır” adlı müsahibəsi dərc olunuşdu. Həmin müsahibədə İntiqam Əliyev Azərbaycan məhkəmələrinin durumunu belə açıqlayır:

“Azərbaycanda məhkəmə sistemi yoxdur. Xüsusi ilə də siyasi sifariş olan proseslərdə siyasətçilərin, jurnalistlərin, gənc fəalların heç bir şansı olmur. Bu anlamda Avropa İnsan Haqları Məhkəməsi yeganə vasitədir ki, insanlar gec-tez pozulmuş hüquqlarını bərpa edə bilirlər. O adamlar müəyyən mənada reabilitasiya olunur və kompensasiya alırlar. Amma ATƏT, BMT və Avropa Məhkəməsi normal ölkələr üçün nəzərdə tutulmuş institutlardır. Azərbaycan, Rusiya, Ermənistan kimi ölkələr üzərlərinə öhdəliklər götürsələr də, yaxşı halda onları imitasiya edirlər. Bu halda adlarını çəkdiyim institutlar çarəsiz bir hala düşürlər. Nəzərə alsaq ki, hakimiyyətin öz vətəndaşından oğurladığı pullar hesabına çoxlu sayda əlavə pulları da var, bunlarla bir sıra adamları ələ alır”.

OBAMANIN TƏLƏBLİ TƏBRİKİ

ABŞ prezidenti Barak Obama 28 may bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda insan haqları məsələsinə də toxunub. O təbrik məktubunda bildirir:

Barak Obama 28 may bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda insan haqları məsələsinə də toxunub

Barak Obama 28 may bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda insan haqları məsələsinə də toxunub

"Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır".

21-22 mayda Rigada keçirilən Şərq Tərəfdaşlığı Sammitində də Azərbaycanda siyasi fəaliyyətlə məşğul olanlar barəsində qondarma ittihamlar əsasında məhkəmələrin qanunsuz qərar çıxarmaları əsas tənqid obyekti olub.

VƏZİYYƏTİ DƏYİŞMƏK MÜMKÜNDÜR…

Avropa Parlamentinin prezidentinin Martin Schulz bildirib ki, Azərbaycanda insan haqlarının durumu ciddi narahatlıq doğurur:

«Avropa Parlamentinin prezidenti kimi Azərbaycanın daxili vəziyyəti, demokratiyanın durumu, siyasi məhbuslar məsələsi ilə bağlı öz fikirlərimi bildirmişəm. Amma düşünürəm ki, biz danışıqları davam etdirməliyik. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, kimlər ki, bir-biri ilə danışır, müzakirələr aparır, onda nələrisə dəyişmək mümkündür».

Azərbaycanda yüzə qədər siyasi və vicdan məhbusunun olduğu bildirilir. Onların arasında AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıl, hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, gənc fəallar, jurnalist və bloggerlər, dindarlar da var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG