Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:37

Bu barədə təhsil naziri Mikayıl Cabbarov mayın 25-də jurnalistlərə açıqlamasında məlumat verib.

“12 illik təhsilə keçidlə bağlı biz digər dövlətlərin uğurlu və uğursuz təcrübələrini öyrənirik. Bu sistemə o zaman başlanacaq ki, bizim seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əminlik olacaq”.

Apa-nın bildirdiyinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov mayın 25-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən həftə keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması deklarasiyada öz əksini tapıb:

Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov

“Belə bir proses təhsil sisteminin fəaliyyət formasının dəyişdirilməsi ilə müşahidə olunmalıdır. Bunun üçün həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resurslar cəlb edilməlidir. 12 illik təhsil hazırda dünyada universal bir minimum müddət kimi müəyyənləşdirilib. Lakin, burada bir neçə mühüm məqam nəzərə alınmalıdır. 12 illik təhsilə məqsəd kimi baxılmır və baxılmamalıdır. Bu, keçid bir vasitədir. Beynəlxalq aləmdə rəqabət davamlığının artırılması üçün bizim şagirdləri, gənc nəsli və vətəndaşları yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq lazımdır. Onların gələcək həyatı üçün daha yaxşı alətlər, bilik və bacarıqlar verilməlidir”.

“BU, MEXANİKİ KEÇİD OLMAMALIDIR”

Nazir qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması həyata keçirilməlidir:

“Təhsilin müasir dünya standartları səviyyəsinə çatdırılması üçün ümumi təhsil sisteminin təşkili nöqteyi-nəzərindən addımlar atılmalıdır. 12 illik təhsilə keçidə məhz bu prizmadan baxılmalıdır. Buna sadəcə olaraq, məktəbdə oxunulan illərin sayına mexaniki bir keçid kimi baxmaq kifayət qədər sadələşdirilmiş bir yanaşma ola bilərdi”.

“ELƏ ÖLKƏLƏR VAR Kİ, ŞAGİRDLƏR 18 İL OXUYUR”

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, yeni təhsil sisteminin mürəkkəbləşməsi 12 illik təhsili vacib edir, amma:

“Bu sistemə keçid indinin söhbəti deyil. Dünyanın müxtəlif ölkələrində təhsil müddəti fərqlidir. Ortalama götürəndə 11-12 il arasındadır. Məsələnin mahiyyəti nədir? Dünyada texnologiyalar dəyişir, yenilənir və bunlar hamısı yeni biliklər tələb edir. Yeni biliklər üçünsə, yeni təhsil standartları lazımdır”.

Yeni təhsil standartları o qədər mürəkkəbləşib ki, 10-11 il təhsil çatmır

Ekspertin fikrincə, “yeni təhsil standartları o qədər mürəkkəbləşib ki, 10-11 il təhsil çatmır. Ona görə müddət müəyyən qədər uzadılıb. Hətta, elə ölkələr var ki, orada xüsusi istedadlı şagirdləri 18 il öyrədirlər. Yuxarıda sadaladıqlarıma görə, 12 illik sistem vacibdir. Ancaq, Azərbaycanda bu sistemə keçid bir nömrəli problem deyil. Başqa problemlər var. Həmin problemlər həll olunmasa, bu sistemə keçid elə, mexaniki olaraq qalacaq”.

UZUN İLLƏRİN MÜZAKİRƏSİ...

Nabatəli Qulamoğlu deyir ki, 12 illik sistemə keçidin effektli olması üçün köklü islahatlara ehtiyac var:

“Nə deməkdir köklü təhsil islahatı? Bunun kökündə təhsil verənlərin və alanların azadlığı durur. Bu, geniş anlayışdır. Şərait yaradılmalıdır ki, özəl və bələdiyyə məktəbləri açılsın. Üç sektor – dövlət, bələdiyyə və özəl sektorun rəqabəti əsasında təhsili təşkil etmək lazımdır. Azadlıq budur. Azərbaycanda bələdiyyə məktəblərindən söhbət belə gedə bilməz. Özəl sektorun da təhsildə çox az payı vardır. Heç bir faiz də deyil. Köklü islahatlar aparmaq 12 illik təhsilə keçiddə daha vacibdir. Belə olarsa, bunun effekti ola bilər.”

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı uzun illərdir ki, müzakirələr aparılır. 2013-cü ildə bu məsələ qanuniləşdi və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olundu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG