Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:49

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli barəsində ibtidai istintaq yekunlaşıb və yaxın günlərdə iş məhkəməyə göndəriləcək.

Bu barədə Turan agentliyinə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Asif Yusifli noyabrın 25-də Fəridə Zülfüqarovanın şikayəti əsasında həbs edilib,fırıldaqçılıq və sənədlərin saxtalaşdırılmasında ittiham edilib.

İstintaqın məlumatına görə, o aldatmaq yolu ilə 6 500 manatı mənimsəyib.

Amma vəkil qeyd edib ki, onun özü fırıldaqçılıq qurbanı olub. İstintaq aparıldığı müddət ərzində o, Zülfüqarovaya verilmiş ziyanı tamamilə ödəyib və o, şikayətindən imtina edib.

Vəkil cinayət icraatına xitam verilməsi barədə vəsatət hazırlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG