Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

“Azadlığı qorumaq və müdafiə etmək lazımdır”

Bunu Gürcüstanın baş naziri İrakli Garibashvili mayın 26-da müstəqillik günü münasibətilə Tbilisidəki Azadlıq meydanında çıxışında deyib.

Baş nazir bayram münasibəti ilə silahlı qüvvələri təbrik edib və ölkənin ərazi bütövlüyü uğrunda canını verən qəhrəmanları anmağa çağırıb.

Garibashvili qeyd edib ki, biz bu gün müstəqil dövlətdə yaşayırıq və məhz buna görə, bu ideyanı həyəta keçirənlər qarşısında məsuliyyət daşıyırıq və gələcək nəsillərə də vahid və güclü dövlət qoyub getməliyik.

Mayın 26-da Gürcüstan müstəqillik gününü qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG