Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

Rusiyanın İrana S-300 raketlərini nə vaxt göndərəcəyi hələlik bilinmir


S-300 raketləri

S-300 raketləri

“Rusiya İrana S-300 raketləri göndərilməsi ilə bağlı razılaşmanın yerinə yetirilməsi üzərində işləyir, amma dəqiq vaxt hələlik müəyyən edilməyib”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bildirib.

Rusiya BMT-nin sanksiyalarına görə, 2010-cu ildə bu raketlərin göndərilməsini dayandırıb.

Amma prezident Vladimir Putin apreldə İranın nüvə proqramı ilə bağlı çərçivə sazişi əldə edildikdən sonra bu qadağanı aradan qaldırıb.

Rusiyanın bu addımı ABŞ və İsraildə tənqidlə qarşılanıb.

Ryabkov mayın 26-da İnterfaks agentliyinə bildirib ki, hələlik bu raketlərin nə vaxt göndəriləcəyi barədə heçnə deyə bilməz.

İran xarici işlər nazirinin müavini Hossein Amir-Abdollahian mayın 25-də bildirib ki, İran yaxın vaxtlarda Rusiyadan S-300 raketləri almalıdır.

O qeyd edib ki, məsələ ilə bağlı danışıqlar uğurlu olub və çox yaxın vaxtlarda Rusiya İrana S-300 raketləri göndərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG