Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05

-

Bakının Binəqədi rayonunda baş vermiş yanğınla əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları dindirilib.

Məlumatı qurumun mətbuat xidmətinə istinadən ANS yayıb.

Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, hadisəyə görə aidiyyəti qurumların 100-dək əməkdaşı sorğu-sual edilib. Onun dediyinə görə, istintaqa kömək məqsədilə icra başçısı Xaləddin İsgəndərov da sualları cavablandırıb. «Lakin Xaləddin İsgəndərov istintaqa cəlb edilməyib», - Nuridə Allahyarova bildirib.

Nuridə Allahyarova deyib ki, hadisə ilə bağlı artıq qurumun keçmiş əməkdaşları saxlanılıb: «Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər var ki, onlar artıq həbs edilib. Həbs edilənlər arasında qurumun keçmiş əməkdaşları Ədalət Rəcəbov və Qəzənfər Novruzov da var».

Mayın 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16-mərtəbəli binada baş verən yanğında 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG