Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

«Bakı-Xəbər»: «Səfirliklər çoxaldıqca, diplomatiyamız zəifləyir»


«Yeni Müsavat» qəzetindəki «İdxal olunan qazın qiyməti arta bilər» başlıqlı məqalədə bildirilir ki, Gürcüstanın Rusiyadan aldığı qazın qiyməti gələn ildən iki dəfədən də çox bahalaşaraq hər kubmetr üçün 230 dollara qalxa bilər. Bu barədə Rusiyanın «Qazprom» şirkəti qərar verib. Müəllif yazır ki, hələlik qarşı tərəfin məsələyə reaksiyası məlum deyil. Göstərilən məbləğin MDB ölkələri üçün təklif edilən qiymətlər arasında ən yüksək rəqəm olması göstərir ki, burada iqtisadi yox, siyasi maraqlar var. Hazırda Gürcüstan əlavə qaz mənbələri axtarır. İlkin variant kimi İran və Azərbaycandan qaz alınması üzərində düşünülür. Müəllif onu da qeyd edir ki, Azərbaycanın da Rusiyadan idxal etdiyi qazın qiymətinin gələn ildən artacağı gözlənilir.


«Şərq» qəzetindəki «Mil­lət və­kil­lə­ri­nin he­sa­bat döv­rü» başlıqlı məqalədə bildirilir ki, ha­zır­kı Mil­li Məc­li­sin fəa­liy­yə­ti­nin bir ili ta­mam ol­du. Müəllif yazır ki, ic­las­la­rın az-az ke­çi­ril­mə­si­nə bax­ma­ya­raq, hər bir mil­lət və­ki­li üçün ar­xa­da qa­lan bir il he­sa­bat xa­rak­te­ri da­şı­yır. Söh­bət əl­bət­tə ki, mil­lət və­kil­lə­ri­nin öz se­çi­ci­lə­ri­nə he­sa­bat ver­mə­sin­dən ge­dir. Müəllif qeyd edir ki, seç­ki kam­pa­ni­ya­sı döv­rün­də de­pu­tat ol­maq is­tə­yən şəxs­lər se­çi­ci­lə­ri­nin rəğ­bə­ti­ni qa­zan­maq, on­la­rı yax­şı de­pu­tat ola­ca­ğı­na inan­dır­maq üçün əgər əra­zi­də su yox­dur­sa, yol sa­lın­ma­yıb­sa, be­lə mə­sə­lə­lə­ri ope­ra­tiv şə­kil­də həll edir­di­lər. Ma­raq­lı­dır ki, par­la­ment seç­ki­lə­ri ba­şa çat­dıq­dan son­ra be­lə qay­ğı­la­rın həl­li ilə məş­ğul ol­ma­ğı da­vam et­dir­mək yad­dan çıx­dı. Bir ne­çə mil­lət və­ki­li is­tis­na ol­maq­la, öz se­çi­ci­lə­ri­nə yar­dım əli­ni uza­dan ol­ma­dı. Hal­bu­ki de­pu­tat­la­rın bö­yük ək­sə­riy­yə­ti­nin im­ka­nı ça­tar ki, se­çil­di­yi ra­yo­nun, se­çi­ci­lə­ri­nin prob­lem­lə­ri­nə yar­dım­çı ola bil­sin. La­kin gö­rü­nən bu­dur ki, mil­lət və­kil­lə­ri­nin bö­yük çox­lu­ğu he­sa­ba­ta ha­zır de­yil­lər. On­la­rın öz se­çi­ci­lə­ri ilə he­sa­bat gö­rü­şü ke­çir­mə­mə­si on­dan xə­bər ve­rir ki, seç­ki­qa­ba­ğı verdikləri vəd­lə­r yö­nün­də həd­dən-zi­ya­də az ça­lı­şıb­lar.


«Bakı-Xəbər» qəzetindəki «Sə­fir­lik­lər ço­xal­dıq­ca, dip­lo­ma­ti­ya­mız zə­if­lə­yir» başlıqlı məqalədə müəllif yazır ki, bö­yük neft gə­lir­lə­ri da­xil ol­ma­ğa baş­la­yan­dan son­ra onun öl­kə da­xi­lin­də xərclən­mə­si üçün ən müx­tə­lif la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si tə­ma­yü­lü ay­dın se­zi­lir. Kör­pü­lər, yol­lar, tu­nel­lər müx­tə­lif döv­lət or­qan­la­rı üçün ofis bi­na­la­rı­nın ti­kin­ti­si ge­niş vü­sət al­sa da, bu­nun öl­kə­nin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­na, aza­cıq da ol­sa, müs­bət tə­sir edə­cə­yi­nə kim­sə inan­mır. Çün­ki aş­kar gö­rü­nür ki, bö­yük neft gə­lir­lə­ri­ni müx­tə­lif iq­ti­sa­di, mad­di is­teh­sal sa­hə­lə­ri­nə, xır­da və or­ta biz­ne­sin in­ki­şa­fı­na yö­nəltmək si­ya­sə­ti əvə­zi­nə, onu da­ha çox mə­nim­sə­mə im­kan­la­rı açan ti­kin­ti­lə­rə, döv­lət mə­mur apa­ra­tı­nın ge­niş­lən­di­ril­mə­si­nə, qul­luq­çu­la­rın ma­aş­la­rı­nın ar­tı­rıl­ma­sı­na yö­nəl­dir­lər. Müəllif yazır ki, ya­xın ay­lar­da Asi­ya, Af­ri­ka, La­tın Ame­ri­ka­sı­nın qey­ri-de­mok­ra­tik öl­kə­lə­rin­də sə­fir­lik­lə­rin açıl­ma­sı da göz­lə­ni­lir. Hö­ku­mət bu yol­la həm dip­lo­ma­tik kor­pu­sun sı­ra­la­rı­nı ge­niş­lən­di­ri­r, həm də neft gə­lir­lə­ri­nin ya­rat­dı­ğı ar­tıq pul küt­lə­si­nin bir his­sə­si­ni öl­kə­dən çı­xar­maq­la on­dan can qur­tar­ma­ğa ça­lı­şır­.


«Yeni Azərbaycan» qəzeti xəbər verir ki, Türkiyənin Özəlləşdirmə İdarəsi Başkanlığı ilə Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində niyyət protokolu imzalanıb. Komitənin sədri Kərəm Həsənovun Türkiyəyə səfəri zamanı imzalanmış sənəd ölkələr arasında özəlləşdirmə siyasətinin həyata keçirilməsində birgə əlaqələrin yaradılmasını, bu sahədəki təcrübənin öyrənilməsini və artırılmasını, informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.


XS
SM
MD
LG