Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Rusiya Almaniya parlamentinin deputatı və Almaniya-Ukrayna parlament qrupunun rəhbəri Karl-Georg Wellmannı ölkəyə buraxmayıb.

Bunu Wellmannın özü mayın 25-də Reuters agentliyinə müsahibəsində deyib:

"Mayın 24-ü axşam saat 9:30 radələrində çatdım və pasport nəzarətində saxlandım.2 saat yarım gözlədikdən sonra mənə dedilər ki, 2019-ci ilədək ölkəyə girə bilmərəm və növbəti reyslə evə dönməliyəm.Növbəti reys isə səhər saat 7-də idi.Heç bir açıqlama vermədilər".

Wellman deyir ki, o mayın 25-də Federasiya Şurasıbıb xarici məsələlər üzrə komitəsinin rəhbəri, Rusiya prezidenti Vladimir Putinin bir neçə müşaviri və Almaniya üzrə ekspertlərlə görüşməli idi. Və bunların hamısı rəsmi görüşlər idi, müxalifətlə elə bir görüş nəzərdə tutulmurdu.

Wellmann Almaniya kansleri Angela Merkelin Xristian-Demokrat partiyasından deputatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG