Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

-

İntiqam Yaşar

Və susarsan...

Bəzən qopub getmək istərsən bu şəhərdən,

Güvəndiyin əlləri soyuq görəndə…

Və sadəcə “əfsus”-deyərsən dünənlərə…

Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.

Qəhər boğar, çırpınarsan qəfəsində…

Bax, beləcə, bir ad sınar, çiliklənər nəfəsində…

Və susarsan…

Hər hərfindən bir əlamət boylandıqca dünənlərə,

Şüşə kimi çilikləri kəsər sənin əllərini,

Xəbərin olmaz.

Sahiblənər hər hissəni, bircə-bircə toplayarsan…

Qoymazsan ki, yerdə qala…

Qəfildən lap gözlərin qaralar, az qalsın ki, yıxılasan…

Gözlərin əllərinə sataşar,

Doğram-doğramdı əllərin…

Söykənərək bir divara “ah” çəkərsən dərindən,

“deyəsən, çox qan itirdim, deyəsən, çox yorulmuşam”…

-Nə yaxşı ki, söykənməyə bu divar var!

Və susarsan…

Həzrəti darıxmaq

Yenə həzrəti darıxmağın əli qapı zəngində,

Xeyir ola axşam-axşam?

Yenə divardan asılmış təqvimdəki

“3” rəqəmi “olmaz olsun”- rəngində.

Xeyir ola axşam-axşam…

Gözünü tavana zilləməkdi,

Hərdən sükutu,

Hərdən alıb-verdiyin nəfəsi dinləməkdi çıxış yolu.

Bu çıxış yolu giriş üçün hesablanıb doğma divarlar arasında

Ögey balaları əzizləməyə.

Ürəyindən gəlməsə də, könül xoşluğu olsun deyə

Bir-iki şirin söz deməyə.

Durum açım qapını,

Qonağı gözlətmək olmaz.

Ayrıldığım qadın

Mənə sual vermə çox,

Ayrılığın dadından.

Hələ ayrılmamışam,

Ayrıldığım qadından.

Elə asan gəlməsin,

Sənə “Əlvida” sözü.

Necə dediyimi də,

Xatırlamıram, düzü.

Maraqldıırsa, deyim,

Necə keçir zamanım.

Olanlar ortadadır,

Nə gizlədim, nə danım?

Təkcə sağ qolum çıxır,

Soyuq alnıma yiyə.

Gecələr dörrdə, beşdə,

Getdiyim an mürgüyə.

Pəncərə şüşələri,

Diş ağardır halıma.

Nə var, nə var, tənhayam,

Söykənmişəm qoluma.

Qapının zəngi susub,

Telefonla bərabər.

Burda yaslıdı hər şey,

Təbəssümdən yox əsər.

Güzgü ehtiyat edir,

Üzülərəm deyə mən.

Niyə bu günə düşdüm,

Niyə, niyə, niyə, mən?

Yarımçıq çox şeir var,

İstinadı sən olan.

Başlanğıcı sən olan,

Yaxud, adı sən olan.

Sual verə bilərsən,

Niyə yarımçıq dedim.

Sənsiz hər şey yarımçıq,

Bunu sənə çox dedim.

Hamı bildi, nə olsun,

Biləsi sən bilmədin.

Yüzü qapımı döysün,

Gələsi sən gəlmədin.

Öz ayaq səsimə də

Tez aldanan biriyəm.

Durub qapıya qaçan,

-Gəldi!-sanan biriyəm.

Kənardan heç bilmirəm,

Bugörüntü nə adda.

Səndən soruşmağa da,

Çəkinirəm mən, hətta.

Başqa nədən danışım?

Dedim yada düşəndən.

Yaddaş da zəifləyib,

Ruhum oda düşəndən.

Budur, səhər açılır,

Məktubunu aç, oxu.

Verdiyin sualların

Cavabsız qaldı çoxu.

Günün bütün mövzuları

XS
SM
MD
LG