Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:33

Sahib Məmmədov: «Tövsiyələrimizi əfv komissiyasına göndərmişik»


Sahib Məmmədov

Sahib Məmmədov

-

İnsan Hüquqları üzrə Birgə İşçi Qrup əfvlə bağlı öz tövsiyələrini Əfv Komissiyasına təqdim edib.

Bu barədə Trend-ə İşçi Qrupun üzvü Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, müxtəlif səbəblərlə, yəni xəstəliklərlə, məhbusların cəzasının əhəmiyyətli hissəsini çəkməsi ilə bağlı təkliflər olunub:

«Onların içərisində ictimai fəaliyyəti olan adamlar da, adi vətəndaşlar da var. Siyahını təqdim etmişik və sənəd Əfv Komissiyasına istiqamətlənib. Sonrakı iş Əfv Komissiyasına məxsusdur. Hazırda qurumda bu istiqamətdə iş aparılır. 28 May Respublika Günü, o cümlədən qarşıda Qurtuluş Günü var. Mümkündür ki, bu ərəfədə addım atıla bilər. Amma bu barədə məlumatım yoxdur və proqnoz verməkdə çətinlik çəkirəm».

XS
SM
MD
LG