Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13

Iraq ordusu İslam Dövləti qrupunun nəzarətində olan Ramadi şəhərinə hücuma keçib.

Bu barədə mayın 26-da dövlət televiziyası məlumat verib.

Hökümət qüvvələrinə şiə və sünni döyüşçülər də qoşulub.

Yaraqlılar Ramadini mayın 17-də zəbt edib.

Bu şəhər Anbar əyalətinin paytaxtıdır.

ABŞ-ın vitse-prezidenti Joe Biden bundan əvvəl-mayın 25-də İraqın baş naziri Haidar al Abadini əmin edib ki, ABŞ İraqı dəstəkləyir.

O həmçinin İraq ordusunun böyük itkilər verərək göstərdiyi sücaəti alqışlayıb.

ABŞ-ın medafiə naziri Ash Carter bundan əvvəl İraq ordusunun döyüşmək əzmi göstərməməkdə günahlandırmışdı və bu İraq hökumətinin narazılığına səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG