Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:56

İntiqam Soltan «Fəxri Fərman» aldı


 İntiqam Soltan
İntiqam Soltan

-

Mədəniyyət sahəsində xidmətlərinə görə və anadan olmasının 50 illiyi münasibətilə Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Fərman»ı ilə təltif olunub və mükafatlandırılıb.

Nazirliyin yaydığı xəbərə görə, İntiqam Soltan oğlu Həsənli 1965-ci il mayın 11-də Ordubad rayonunun Nürgüd kəndində doğulub.

M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Hazırda o, ali dərəcəli aktyor, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, «Körpəm» Eksperimental Uşaq Teatrının yaradıcısı və rəhbəridir.

İntiqam Soltan aktyorluğa Yerevan Dövlət Azərbaycan Dram Teatrında başlayıb.

1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alıb, bu teatrda yaratdığı bir-birindən fərqli amplualı rolları ona tamaşaçı rəğbəti qazandırıb.

1990-cı ildə yaratdığı «Körpəm» Eksperimental Uşaq Teatrı Azərbaycanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub.

Uşaqlarla iş təcrübəsi, «Körpəm» teatrında quruluş verdiyi uğurlu tamaşalar 2002-ci ildə onun Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının direktoru-bədii-rəhbəri vəzifəsinə təyin olunması ilə nəticələnib.

Xəbərdə vurğulanır ki, hazırda İntiqam Soltan Azərbaycan teatrı üçün yeni-yeni istedadlar yetişdirir, mədəniyyət tarixinə töhfələr verir.

Uşaq hüquqlarının müdafiəsinə qalxan «Şapalaqsız gün», xəstəliklərə biganə münasibətin ailələrdə törətdiyi faciələrdən bəhs edən «Qalan ömrün ilk günü», narkomaniya və QİÇS bəlası ilə bağlı həyəcan təbili çalan «Xaşxaşın göz yaşı» tamaşaları teatrın son illərdəki uğurlu işləridir.

İntiqam Soltanın quruluş verdiyi bu tamaşalar Avropa Şurasının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sifarişi ilə hazırlanıb.

2006-cı ildə İntiqam-Soltan Vektor Beynəlxalq Elm Mərkəzinin diplomuna layiq görülüb və onun adı XXI əsrin Azərbaycan ziyalıları kitabına salınıb.

2007-ci ildəBakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbusların iştirakı ilə QİÇS xəstəliyi və narkomaniya əleyhinə tamaşaya quruluş verib.

AzadlıqRadiosunun «İz» proqramı daimi qonağı olan İntiqam Soltanı 50 illik yubileyi münasibətilə təbrik edir.

XS
SM
MD
LG