Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

Binada yanğın zamanı xəsarət alanlardan ikisi evə buraxılıb


Yanan bina
Yanan bina

-

Binəqədi rayonunda binada baş verən yanğın nəticəsində xəsarət alanlardan daha 2-si evə buraxılıb.

Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən apa yayıb.

Evə buraxılanlar Nərminə Həsənova və onun 2 yaşlı oğlu Murad Həsənovdur .

Hazırda Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2-si uşaq, 5-i qadın, 1-i isə kişidir. Onların da vəziyyəti stabildir və müalicələri başa çatandan sonra evə buraxılacaqlar.

Hadisə nəticəsində xəsarət alan və 6 saylı şəhər xəstəxanasında müalicə olunan 2 şəxsin isə 1-i bir neçə gün öncə evə buraxılıb, digəri isə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.

XS
SM
MD
LG