Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:11

TQDK yeni ixtisas qrupu yaradıb, abituriyentlər iki ixtisas seçə bilərlər


Foto illüstrasiya

Foto illüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il tələbə qəbulu zamanı həyata keçiriləcək bəzi yenilikləri açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. Ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı birinə ərizə verən abituriyent həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Bununla da abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilir.

Daha bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.

Məlumata görə, artıq V ixtisas qrupuna 10 min 446 abituriyent müraciət edib. Onlardan 4 min 894 nəfəri cari ilin, 5 min 552 nəfəri əvvəlki illərin məzunudur.

Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17 min 999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9 min 213 abituriyent cari ilin, 8 min 786 abituriyent isə əvvəlki illərin məzunudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG