Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

-

«Bizim Yol» qəzetinin əməkdaşı Bakıda bir ayda iki yanğın hadisəsinə səbəb olan bəzi «antropogen» amilləri rəsmilərin verdikləri məlumatlar əsasında araşdırmağa çalışıb. Qəzet yazır ki, baş prokurorun prezidentə məruzəsindən aydın oldu ki, «Global Construction» şirkəti tərəfindən görülmüş işlər üzrə əlavə daha iki hadisə olub:

«O «siqnal» vaxtında dəyərləndirilməyib, birincinin üstündən 2.5 il, ikincidən 2.5 ay, üçüncüdən 1 ay 1 həftə vaxt keçib. Birinci dəfə istintaq vəzifəsini yerinə yetirsəydi, ikinci, üçüncü hadisə, nəhayət dördüncü faciə baş verməzdi. Bu, öz yerində.

Baş prokurorun prezidentə hesabatından o da bəlli oldu ki, 14 binanın üzlənməsi işi Bakı şəhər İcra Hakimiyyəti ilə müqaviləsiz görülüb. Mətbuata heç bir hesabat verilmədiyindən, biz də KİV olaraq baş verən qanun pozuntulardan indi xəbər tuturuq. Eyni zamanda verilən rəsmi məlumatlarda 263 binanın poliuretanla üzləndiyi deyilir. Deməli, 249 binanın müqaviləsi vardı. Müqavilə varsa, tender də olmalı idi. Baş nazirin müavini Abid Şərifovun qələmə vermək istədiyi kimi bunu bir «xeyriyyə tədbiri» olaraq qəbul etmək ona görə olmaz ki, xeyriyyəçilikdə öhdəlik yoxdur. Baxmayaraq ki, dəqiq rəqəm açıqlanmır, binaların üzlənməsinə dövlət büdcəsindən xeyli vəsait ayrıldığı müxtəlif vaxtlarda mediada yer alıb, fərqli rəqəmlər söylənib».

Müəllif yazır ki, tender keçirilməyibsə, bunun əsaslandırılması olmamalıdır: «Tendersiz «hədiyyə»ni vaxt darlığı ilə izah etmək yersizdir, çünki müsabiqə üçün kifayət qədər zaman vardı, adıçəkilən iki şirkət işlərə hələ keçən ilin yayından start vermişdilər. Mən fasadların üzlənməsini aparanlardan birinin – «TNH» şirkətinin fəaliyyətinin şahidi idim. 30-dan artıq binanın fasadını üzləməyi üzərinə götürən müəssisənin cəlb etdiyi briqadalar bir gün bizim binada işləyirdilər, o biri gün qonşu binada, üçüncü gün başqasında. Hər biri də yarı-yarımçıq. İşləyənlərlə tez-tez ünsiyyətə girirdim, kimisi rayondan gəlib fərdi işləyirdi, kimisi də öz «uşaqları»nı başına toplayıb gətirmişdi. «TNH» isə sadəcə qalstuklu əmr verənlərdən ibarət idi. Nə texnikasını gördük, nə işçi qüvvəsini, nə də peşəkarlıqlarını».

Elmar Məmmədyarov və Sergei Lavrov

Elmar Məmmədyarov və Sergei Lavrov

RUSİYANIN QARABAĞ PLANI

«Yeni Müsavat» qəzeti yazır ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığına üzv ölkələrinin Riqa sammitindən dərhal sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfər etməsi birmənalı qarşılanmayıb.

«XİN başçısının dediyinə görə, iki gün ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əhəmiyyətli müzakirələr aparılıb» yazan qəzet əlavə edir ki:

«Diplomatik mənbələrdən aldığımız məlumata görə, Ermənistan Riqa sammitinin yekun sənədini imzalamaya bilərdi. Ancaq Rusiyanın təzyiqi ilə Yerevan məhz Avropa İttifaqının Riqa sammitinin yekununda qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etməyə vadar olub.

Rusiya bununla yalnız Sarkisian iqtidarını çıxılmaz durumla üz-üzə qoymaq istəməyib, üstəlik, Moskvanın Qarabağla bağlı əlavə planları var. Bu da ona dəlalət edir ki, Rusiya artıq Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa hazırlayır».

«AVESTA CONCERN» LƏĞV OLUNUR?

«Azadlıq» qəzeti yazır ki, «Kredit qalmaqalı»na görə həbs edilən başqa bir işadamı Hacı Ibrahim Nehrəmlinin prezidenti olduğu «Avesta Concern» şirkəti ləğv olunub:

Foto illüstrasiya

Foto illüstrasiya

«İşadamı Beynəlxalq Banka olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə «Avesta Concern»nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.

Bundan əlavə, şirkətin həyata keçirdiyi «Khazar Islands New City», «Gold City» və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

İşdən çıxanlar arasında «Avesta Concern»nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifəsinin icra etmək üçün şirkətə çağırılacaq».

SEÇİCİ SİYAHILARININ DƏQİQLƏŞDİRMƏSİ YEKUNLAŞIR

yap.org.az yazır ki, Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 27-də başa çatacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, ölkə üzrə yenidən tərtib olunmuş vahid seçici siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək. Onun dediyinə görə, bununla da MSK-nın ilin birinci yarısında əsas fəaliyyəti başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG