Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33

-

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Hava Qüvvələri yüzlərlə təyyarə və minlərlə heyət üzvünün iştirakıyla genişmiqyaslı təlimə başlayıb.

Mayın 25-də yaydığı bəyanatda nazirlik 4 günlük təlimi döyüş hazırlığını yoxlamaq üçün “böyük qəfil təftiş” adlandırıb.

“Təftişə 12 min hərbi heyət üzvü, 250-dək təyyarə və vertolyot, 689 müxtəlif silah və ağır texnika daxildir,” bəyanatda deyilir.

Bu manevrlərlə eyni gündə NATO bəzi tərəfdaşları ilə birlikdə Arktik təliminə başlayıb.

Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin hava məkanına girməsi Moskvanın Qərblə münasibətlərini gərginləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG