Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:09

Saxta 100 min dollar keçirmək istədi


Foto illüstrasiya
Foto illüstrasiya

-

21 yaşlı Gürcüstan vətəndaşı «Qırmızı körpü» sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfə saxta dollar keçirmək istəyərkən saxlanılıb.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən apa yayıb.

Bildirilir ki, adı açıqlanmayan Gürcüstan vətəndaşının üzərindən 194.4 min saxta dollar əsginasları aşkar edilib və əşyaya-dəlil kimi götürülüb. Saxlanılan şəxs günahını boynuna alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Saxlanılan şəxsin günahı sübut olunarsa, o, 4 ildən 7 ilədək azadlıqdan məhrum olunacaq.

XS
SM
MD
LG