Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Cameron və Putin Suriya danışıqlarının bərpasına razılaşıblar


Hələbdə silahlı hökumət qüvvələrinə silah atır

Hələbdə silahlı hökumət qüvvələrinə silah atır

-

Britaniya baş naziri David Cameron və Rusiya prezidenti Vladimir Putin Suriya böhranının həlli üzrə danışıqların bərpasına razılaşıblar. Məlumatı Cameron-un ofisi mayın 25-də yayıb.

Rusiya prezidenti Cameron-a zəng edərək onu yenidən baş nazir seçilməsi münasibətliə təbrik edib. Tərəflər Suriya danışıqlarının bərpasına razılaşıblar.

Əvvəlki danışıqlar böhranı həll edə bilməyib. İslam Dövləti yaraqlıları İraq və Suriyada böyük ərazilər ələ keçiriblər. Suriyada 4 illik vətəndaş müharibəsində 220 min nəfər həlak olub.

“Hər iki ölkə İŞİD-in irəliləməsini önləmək istəyir,” Cameron-un sözçüsü deyib. “Liderlər razılığa gəliblər ki, təhlükəsizlik müşavirləri danışıqları bərpa etmək üçün görüşsünlər”.

Liderlər Ukraynadan da danışıblar. Cameron deyib ki, onların müharibəyə dair fikir ayrılıqları qalır. Belə ki, Rusiya Ukraynada separatçıları dəstək göstərmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG