Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Washington Post-un Tehran müxbirinin məhkəməsi qapalı olacaq


ason Rezaian həat yoldaşı Yeganeh Salehi ilə, 2013-cü il

ason Rezaian həat yoldaşı Yeganeh Salehi ilə, 2013-cü il

-

Washington Post-un müxbiri Jason Rezaian-ın mayın 26-da başlayacaq məhkəməsi ictimaiyyət üçün qapalı olacaq. Əslən İrandan olan Amerika vətəndaşı Rezaian casusluda ittiham olunur. Proses İnqilab Məhkəməsində keçiriləcək.

Ailə üzvləri də prosesə buraxılmayacaq, qardaşı Ali Rezaian mayın 25-də Reuters-in televiziyasına deyib.

The Washington Post mayın 25-də yazıb ki, məhkəmə “bütün dünyaya bağlı olacaq”. Qəzet müxbirinin günahsız yerə saxlanmasını pisləyir.

İran rəsmiləri Rezaian-ın vəkilinin və tərcüməçinin prosesdə iştirak edəcəyini bildirib.

Rezaian iyuldan Evin həbsxanasında saxlanır və məlumatlara görə, çəkisi xeyli azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG