Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:04

ABŞ-ın vitse-prezidenti Joe Biden mayın 25-də İraqın baş naziri Haider al-Abadi-yə zəng vuraraq onu əmin edib ki, ABŞ İraqa dəstək göstərməkdə davam edəcək

-

ABŞ-ın vitse-prezidenti Joe Biden mayın 25-də İraqın baş naziri Haider al-Abadi-yə zəng vuraraq onu əmin edib ki, ABŞ İraqa dəstək göstərməkdə davam edəcək. Biden “İraq qüvvələrinin verdiyi böyük qurbanı və göstərdiyi şücaəti” də alqışlayıb.

Bir gün öncə ABŞ-ın müdafiə naziri Ash Carter İslam Dövləti silahlı qruplaşmasının Ramadi şəhərini ələ keçirməsinə görə İraq qüvvələrini tənqid etmişdi. “İraq qüvvələri döyüşmək üçün iradə göstərməyib. Onların sayı qarşı tərəfdən çox olub, ancaq ərazidən çıxıblar,” Carter CNN-ə deyib.

Abadi isə BBC-yə müsahibəsində bu deyilənləri “yalan” adlandırıb. “Məncə, ona yanlış informasiya veriblər. Bir insident əsasında bütün orduya qiymət verə bilmərik,” Abadi deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG