Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

İslam Dövləti qrupunun İraqın Ramadi şəhərinə əlavə qüvvələr göndərdiyi xəbər verilir.

Yaraqlılar bu şəhəri mayın 17-də zəbt edib.

Yerli sakinlər mayın 24-də şəhərə yük maşınları ilə əlavə qüvvələr gətirildiyini deyirlər.

Öz növbəsində İraq ordusu şiə döyüşçülərin dəstəyi ilə şəhəri geri almağa hazırlaşır.

Müttəfiq qüvvələr mayın 25-də şəhərin 20 kilometrliyindəki al Taş kəndini ələ keçiriblər.

Hazırda İraqın bir sıra bölgələri hazırda bu İslam Dövləti qrupunun əlindədir.

İslam Dövləti yaraqlıları həmçinin bu günlərdə Suriyanın qədim Palmira şəhərini də ələ keçiriblər.

Londonda qərarlaşan Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, hazırda Suriyanın demək olar ki, tən yarası İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Mərkəzdə olan məlumata görə, yaraqlılar 10 gün bundan əvvəl şəhəri ələ keçirdikdən sonra azı 217 nəfəri edam edib ki, onlardan 14-ü uşaq, 12-si isə qadındır.

Bundan başqa yaraqlılar Homs vilayətinin müxtəlif yerlərində Suriya təhlükəsizlik qüvvələrinin 150 əməkdaşını ölümə məhkum edib.

XS
SM
MD
LG