Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Tunisdə kiçik çavuş atəş açaraq 7 əsgər yoldaşını qətlə yetirib və sonda özünü də öldürüb.

Bu barədə Tunisin müdafiə nazirliyi məlumat verir.Nazirliyin sözçüsü Belhassen Oueslati mətbuat konfransında insidentin mayın 25-də baş verdiyini və əsgərin psixoloji problemi olduğunu bildirib.

Bundan başqa 10 əsgərin yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

İnsidentin səbəbi hələlik dəqiq bəlli deyil.

Həmin kazarma martın 18-də terror aktı törədilmiş Bardo milli muzeyinin yaxınlığında yerləşir.

Həmin terror aktında 22 nəfər ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG