Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

Güzdəkdə susuz məhəllələrin sakinləri dilə gəlib


Arxiv fotosu
Arxiv fotosu

-


Güzdək qəsəbəsinin sakinləri «Qaynar xətt»ə susuzluqdan şikayət ediblər. Deyirlər ki, ötən ilin dekabr ayından qəsəbənin «aşağı məhəllə» deyilən ərazisinə su verilmir. Məhəllə sakinləri suyu pulla alırlar.

Qəsəbə sakini Aygün Balakişiyeva:


«Bizim kənddə problem çoxdur. Ancaq mən nə yol istəmirəm, nə kanalizasiya istəmirəm, işığımız çox zəifdir, onu da istəmirəm. Ancaq su ki var, hər şeydən vacib məsələdir. 5-6 dəfə qəsəbə bələdiyyəsinə, bir o qədər də qəsəbə icra nümayəndəsinə müraciət eləmişik, faydası yoxdur. Deyirlər biz su işi ilə məşğul olmuruq. Mən bilmirəm ki, bu bələdiyyə ümumiyyətlə nə ilə məşğul olur. Nəyə görə müraciət ediriksə, icra nümayəndəliyi deyir bələdiyyəyə deyin, onların işidir, bələdiyyə isə deyir bizlik deyil».


Sakin deyir ki, əvvəllər Güzdəyə su Ceyranbatan su anbarından verilirmiş. Ancaq onlar bircə dəfə də olsun həyətlərindəki krandan su damcılandığının şahidi olmayıblar. 1 ilə yaxındır ki, qəsəbəyə Qəbələ suyu çəkilib, ancaq yenə eyni vəziyyətdir:


«Su idarəsində deyirlər ki, bələdiyyəyə müraciət edin. Bələdiyyə deyir, gedin su idarəsinə deyin. Bu qədər ora-bura yazırıq-pozuruq, bir gəlib yoxlayan yoxdur ki, bəlkə elə yalan danışırıq».


«SUYU YUXARIDAN ÖTÜRÜRÜK, GEDİB AŞAĞI ÇATMIR»

Şikayətçinin sözlərinə görə, ayda bir dəfə həyətdəki çənə bir maşın su alıb vurur. Qiyməti də 25 manata. Ancaq bu suyu ay ərzində qətrə-qətrə içməyə və əl-üst yumağa çatdıra bilirlər:


«Çimməyə, pal-paltar, qab-qacaq yumağa qəsəbənin o biri başında yaşayan qohumların evinə gedirik. Həyətimizdə isə həmişə sanki payızdır. Çünki ağaclar yarpaqlamamış quruyur».


Abşeron rayon Su İdarəsindən bildiriblər ki, həmin məhəllələrə daxili su xətləri çəkilir. Yaxın vaxtlarda o məhəllələrə də fasiləsiz su veriləcək.

XS
SM
MD
LG