Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00

Azərbaycan XİN Riqa sammitinin yekun bəyanatı ilə bağlı xüsusi rəyini açıqlayıb


Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

-

«Azərbaycan Avropa Birliyinin ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mayın 21-22-si Riqada keçirilən «Şərq Tərəfdaşlığı» toplantısının Yekun Bəyanatı ilə bağlı açıqlamasında bildirir.

Açıqlamada deyilir ki, ancaq bəzi məsələlər kompromis mövzusu deyil: «Belə ki, bir sıra «Şərq Tərəfdaşlığı» ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir».

XİN bildirir ki, Avropa Birliyi bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstək verir, ancaq bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdləri var:

«Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə «ikili standartlar» adlanan məqamdan yan keçə bilməmişlər».

Açıqlamada deyilir ki, Azərbaycan Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa Birliyindən aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Nazirlik açıqlamasında Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini də yada salır: «Azərbaycan Avropa Birliyinin bu qətnamələrə ciddi şəkildə riayət etməsini və onların həyata keçirilməsinin təmin etməsi istiqamətində birmənalı və qəti addımlar atmasını gözləyir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG