Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

-

Mayın 25-də saat 16:30-dan 00:00-a kimi paytaxt Bakıda bir neçə yol bağlı olacaq.

Bu barədə apa-ya Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.

Məlumata görə, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəsəbəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsində «20-ci sahə»dən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.

Tədbir I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG