Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Malayziyada miqrantların kütləvi məzarları tapılıb


Malayziyada xilas edilmiş miqrantlar

Malayziyada xilas edilmiş miqrantlar

-

Myanmar və Banqladeşdən miqrantların kütləvi basdırıldığı güman edilən məzarlara görə məsuliyyət daşıyanlar tapılacaq və cəzalandırılacaq. Bunu Malayziyanın baş naziri Najib Razak mayın 25-də tvitterdə yazıb. “Malayziya torpağında tapılan məzarların qaçaqçılıq yoluyla daşınan şəxslərə məxsus ola bilməsindən çox narahatam,” baş nazir yazıb.

Malayziya polisi mayın 25-də bildirib ki, miqrantların olduğu güman edilən 139 məzar ölkənin Tailandla sərhədi yaxınlığında aşkarlanıb. Bəzi qəbirlərdə birdən çox cəsəd var.

Məzarlar şübhəli insan qaçaqçılığı düşərgələrinin yaxınlığında tapılıb. Rəsmilər düşərgələrin azı beş il ərzində mövcud olduğunu deyir.

Rəsmilər inanır ki, öldürülənlərdən çoxu Myanmardan Rohingya müsəlmanlarıdır.

Bu ayın əvvəlində Tailand rəsmiləri Malayziya ilə sərhəd yaxınlığında bir neçə kütləvi məzarlıq aşkarlayıb. Həmin məzarlarda da Rohingya müsəlmanları və Banqladeş miqrantlarının cəsədləri tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG