Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

Yaponiya Fukuşimada ehtiyat tədbirləri görməyibmiş


Yaponiya qəzanın 3-cü ildönümünü anır, 11 mart, 2014-cü il

Yaponiya qəzanın 3-cü ildönümünü anır, 11 mart, 2014-cü il

-

Yaponiya Fukuşima nüvə zavodunu zəlzələ və ya sunamidən qorumaq üçün tədbirlər görməyibmiş. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) mayın 25-də yaydığı hesabat layihəsində bildirir.

Hesabatda deyilir ki, Tokionu “tam dəyərləndirilməyən zəiflikləri” olub. Xəbəri Kyodo agentliyi yayıb.

2011-ci ildə Sakit Okeanda baş vermiş zəlzələ Tokio yaxınlığında və Yaponiyanın şimalındakı ərazilərə ciddi ziyan vurub, 16 min nəfər həlak olub, şəhərlər yerlə -yeksan edilib.

Sunami Fukuşimaya da təsirini göstərib və zavodun altı reaktorundan üçü partlayıb.

BAEA 2007-2009-cu illərdə tövsiyə edib ki, Fukuşimanı 8.3 bal gücündə zəlzələdən və 15 metrlik sunami dalğasından qorumaq üçün tədbirlər görsün.

Ancaq agentlik Yaponiya nüvə rəsmilərinin bu tövsiyəyə əməl etmədiyini bildirir.
BAEA-nın hesabatı üzərində 42 ölkədən 180 ekspert işləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG