Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

İD Suriyada 200-dən çox insanı edam edib


Pamira şəhəri, 14 mart, 2014-cü il

Pamira şəhəri, 14 mart, 2014-cü il

-

İslam Dövləti (İD) yaraqlıları 10 gün öncə Suriyanın qədim Palmira şəhərini ələ keçirəndən şəhərin içində və ətrafında azı 217 nəfəri edam edib.

Məlumatı Londonda mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı mayın 24-də yayıb. Qurum 14-ü uşaq və 12-si qadın olmaqla, 67 dinc sakinin edamını sənədləşdirdiyini bildirir.

Mayın 16-dan bəri Homs vilayətinin müxtəlif yerlərində Suriya təhlükəsizlik qüvvələrinin 150 üzvü də ölümə məhkum edilib. Onlardan bəziləri Suriya prezidenti Bashar al-Assad “rejiminin sadiq informatorları” olmaqda ittiham olunub.

Təşkilatın rəhbəri Rami Abdel Rahman-ın sözlərinə görə, bütöv ailələr məhv edilib. O, qətllərdən çoxunun Palmirada baş verdiyini, qurbanların güllələndiyini və ya başının kəsildiyini bildirib.

2011-ci ilin martından Suriyada vətəndaş müharibəsində azı 220 min nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG